logo
logo logo
logo

"Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır" - Paşinyan 

11:40 - 09 Oktyabr 2026

\"Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır\" - Paşinyan 

Ermənistanın baş naziri Nikol Paşinyan MDB-nin məhdud formatda keçirilən sammitində Azərbaycan və Ermənistan arasında davam edən sülh nizamlanması ilə bağlı danışıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "BelTA" nəşri məlumat verib.

"Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır. Bu gün deyə bilərik ki, 1990-cı illərdən başlayaraq hər il hər iki tərəfdən ölən və yaralananların olduğu son 30 ildən fərqli olaraq, son vaxtlar - iki ildən çox bir müddətdə ermənilər və azərbaycanlılar arasında atışmalar səbəbindən nə ölən, nə də yaralanan var", - deyə Paşinyan bildirib.

O, həmçinin diqqət çəkib ki, artıq təxminən bir ildir Azərbaycan dəmiryolu Ermənistan yükləri üçün açıqdır, ikitərəfli ticarət həyata keçirilir, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin 12 kilometrlik hissəsi delimitasiya və demarkasiya olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az