Ötən günlərdə 7,7 bal gücündə zəlzələnin baş verdiyi Mərkəzi Amerika ölkəsi Panamada daha bir zəlzələ qeydə alınıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin paytaxt Panamadan təxminən 300 kilometr məsafədə yerləşən Rio-Qrande şəhərindən 18 kilometr qərbdə olduğunu bildirib.
Zəlzələnin ocağının 10 kilometr dərinlikdə yerləşdiyi, maqnitudasının isə 6,1 olduğu qeyd edilib.
Mülki müdafiə qüvvələrinin ilkin məlumatlarına əsasən, zəlzələ nəticəsində insan tələfatı və maddi ziyan qeydə alınmayıb.