Kremldən Ərdoğan-Putin görüşü barədə AÇIQLAMA

17:56 - 24 Yanvar 2022

Kremldən Ərdoğan-Putin görüşü barədə AÇIQLAMA

"Kreml Rusiya Prezidenti Vladimir Putin ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüşün mümkünlüyü barədə konkret məlumata malik deyil”.

Manşet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl qeyd edib ki, tezliklə Ukraynaya səfər etmək niyyətindədir. O, həmçinin Vladimir Putinlə telefonla danışmağı və yaxud Moskvaya səfər etməyi də istisna etməyib.

Xatırladaq ki, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalının sözlərinə görə, Ərdoğan Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Vladimir Zelenskini iki ölkə arasındakı fikir ayrılıqlarını müzakirə və nizamlamaq üçün Türkiyəyə dəvət edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az