Universitetdə atışma oldu- yaralılar var

18:09 - 24 Yanvar 2022

Universitetdə atışma oldu- yaralılar var

Almaniyanın cənub-qərbində yerləşən Heydelberq Universitetində atışma olub.

Manşet.az xəbər verir ki, bir şəxs universitetin mühazirə zalında odlu silahdan atəş açmağa başlayıb. Nəticədə, bir neçə nəfər yaralanıb.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Atəş açan şəxsin öldürüldüyü bildirilir.

Universitetin ətrafı mühasirəyə alınıb. Hadisənin detalları araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az