logo
logo logo
logo

"Ukrayna münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər"

20:58 - 22 Oktyabr 2026

\"Ukrayna münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər\"

“Ukraynada münaqişəni yalnız danışıqlar yolu ilə həll etmək mümkündür. ABŞ tərəflər arasında vasitəçilik etməyə hazırdır”.


Manset.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

    Onun sözlərinə görə, prezident Donald Tramp münaqişənin həllinə böyük diqqət yetirir və ABŞ rəsmiləri tərəflər arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq yollarını axtarırlar.

    Rubio qeyd edib ki, tərəflərin danışıqlar masası arxasına əyləşməsi problemin həlli üçün zəruri şərtdir. O vurğulayıb ki, münaqişəni hərbi yolla həll etmək mümkün deyil və müharibəyə yalnız diplomatik vasitələrlə son qoyula bilər.

    Dövlət katibi onu da əlavə edib ki, əsas məqsəd hər iki tərəfin müəyyən güzəştlərə getdiyi və qarşılıqlı fayda əldə etdiyi yolu tapmaqdır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az