Baydenin də Ukraynaya qoşun göndərmək niyyəti yoxdur

22:51 - 25 Yanvar 2022

Baydenin də Ukraynaya qoşun göndərmək niyyəti yoxdur

"Co Baydenin ABŞ qoşunlarını Ukraynaya göndərməkdə nə marağı, nə də arzusu var”.

Manşet.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki brifinq zamanı deyib. 

"Aydın olsun deyə açıqlayıram: prezidentin Ukraynaya qoşun göndərmək niyyəti, marağı, istəyi yoxdur", - Psaki qeyd edib. 

O əlavə edib ki, 8500 ABŞ hərbçisinin Avropaya göndərilməsi üçün yüksək hazırlıq vəziyyətinə gətirmək qərarı yalnız NATO-nun "şərq cinahını” dəstəkləmək məqsədi daşıyır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az