Bayden Almaniya kansleri ilə Ukraynanı müzakirə edəcək

19:42 - 26 Yanvar 2022

Bayden Almaniya kansleri ilə Ukraynanı müzakirə edəcək

Almaniya kansleri Olaf Şolts fevralın 7-də Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

Manşet.az xəbər verir ki, bu barədə “Bild” nəşri hökumət mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, onlar Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcəklər. Görüş Ağ Evdə keçiriləcək. “Bild” yazır ki, tərəflər Rusiyanın Ukraynaya ehtimal edilən təcavüzünə reaksiyanı müzakirə edəcəklər.

Almaniya hökumətinin sözçüsü səfərin təfərrüatlarını şərh etməkdən imtina edib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az