logo
logo logo
logo

Qasırğa hava limanında ciddi dağıntılara səbəb oldu - Bütün uçuşlar dayandırıldı

14:08 - 05 Noyabr 2026

Qasırğa hava limanında ciddi dağıntılara səbəb oldu - Bütün uçuşlar dayandırıldı

Braziliyanın Santa-Katarina ştatının Şapeko şəhərində baş verən güclü qasırğa hava limanında ciddi dağıntılara səbəb olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində terminal binasının şüşə fasadı dağılıb, anqarların dam örtükləri uçub və bütün uçuşlar qeyri-müəyyən müddətə dayandırılıb.

Braziliyanın cənubunda yerləşən Santa-Katarina ştatında tüğyan edən güclü qasırğa Şapeko şəhərində genişmiqyaslı dağıntılara yol açıb.

Dünən şəhərdə baş verən və küləyin sürəti saatda 126 kilometrə çatan qasırğa, xüsusilə Serafim Enoss Bertaso Hava Limanına ciddi ziyan vurub. Hava limanının terminal binasının şüşə fasadının bir hissəsi dağılıb, həmçinin anqarların dam örtükləri uçub.

Güclü külək və leysan yağışının müşahidə olunduğu ərazidə çoxsaylı tikililərə ziyan dəyib. Hava limanında bütün uçuşlar qeyri-müəyyən müddətə dayandırılıb.

Hava limanının rəhbərliyi sərnişinlərə uçuşlarla bağlı ən son məlumatları əldə etmək üçün aviaşirkətlərlə əlaqə saxlamalarını tövsiyə edib.

Sosial şəbəkələrdə yayılan foto və videolarda hava limanının ərazisində əyilmiş metal konstruksiyalar, dağılmış dam örtükləri, sınmış şüşələr və ətrafa səpələnmiş tikinti qalıqları əks olunub.

Güclü fırtına Santa-Katarina ştatının geniş ərazisində dağıntılara səbəb olub. Ən azı 18 bələdiyyədə binalara ziyan dəyib, müxtəlif tikililər dağılıb və elektrik enerjisinin verilişində fasilələr yaranıb.





Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az