logo
logo logo
logo

Trampın Avropadakı ən yaxın siyasi müttəfiqləri ondan uzaqlaşır

12:00 - 06 Noyabr 2026

Trampın Avropadakı ən yaxın siyasi müttəfiqləri ondan uzaqlaşır

ABŞ-də respublikaçıların aralıq seçkilərdə məğlubiyyətindən sonra Donald Trampın Avropadakı ən yaxın siyasi müttəfiqləri ondan uzaqlaşmağa başlayıblar.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransa, Almaniya, İtaliya, İspaniya və İngiltərədəki ifrat sağçı partiyalar İran müharibəsini və iqtisadi böhranı tənqid edərkən ABŞ-nin tarixi müttəfiqi sayılan İngiltərədə Trampın Rusiyanı G20 sammitinə dəvət etmək qərarına zidd addım atılıb.

İngiltərənin Baş naziri Endi Börnham isə həmin gün verdiyi açıqlama ilə Vaşinqtondan fərqli mövqe sərgiləyib. O, Trampın dekabr ayında Mayamidə qəbul etməyə hazırlaşdığı Rusiya Prezidenti Vladimir Putinin 2027-ci ilin noyabrında Mançesterdə keçiriləcək G20 sammitinə dəvət olunmayacağını bəyan edib.

Beləliklə, İngiltərə uzun illərdən sonra ilk dəfə tarixi və ən böyük müttəfiqi hesab olunan ABŞ-nin siyasətindən fərqli istiqamətdə addım atmağa başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az