İtaliyanın Sardiniya adasında yerləşən Ollolay qəsəbəsi “Work From Ollolai” proqramı çərçivəsində müxtəlif sahələrdə çalışan mütəxəssislərə, sənətkarlara və alimlərə ayda cəmi 1 avroya yaşayış imkanı təklif edir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, proqramdan yararlanmaq üçün yalnız simvolik ödəniş etmək kifayət etmir.
İştirakçılardan öz peşə bilikləri, təcrübələri və bacarıqları ilə qəsəbənin inkişafına töhfə vermələri, əldə etdikləri bilikləri yerli sakinlərlə bölüşmələri tələb olunur.