logo
logo logo
logo

İranda ağır qəza - 11 nəfər öldü, 19 nəfər yaralandı 

09:36 - 15 Noyabr 2026

İranda ağır qəza - 11 nəfər öldü, 19 nəfər yaralandı 

Mormuri-Dəşt Abbas avtomobil yolunda sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər həyatını itirib, 19 nəfər yaralanıb.


Manset.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Açıqlamada yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında hər kəsin məsuliyyət daşıdığı vurğulanıb. Sürücülərin sükan arxasında diqqətli və məsuliyyətli davranmasının yol təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az