logo
logo logo
logo

Hörmüzdə tankerlər minaya düşdü

18:57 - 15 Noyabr 2026

Hörmüzdə tankerlər minaya düşdü

Tehranla əlaqələndirilməyən marşrut üzrə Hörmüz boğazından keçən daha iki tanker minalanmış ərazidə partlayıb.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

"Son bir neçə saat ərzində Hörmüz boğazında icazəsiz cənub marşrutu ilə hərəkət edən iki tanker dəniz minaları ilə toqquşduqdan sonra çox güclü partlayışlar baş verib", - məlumatda bildirilir.

Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, gəmilər ABŞ-nin köməyi ilə boğazdan keçməyə çalışarkən transponderlərini söndürüblər. Minaya düşdükdən sonra gəmilərdə yanğın baş verib.

SEPAH iddia edib ki, gəmilərdən biri, 2 milyon bareldən çox neft daşıyan supertanker, yanğından sonra suların cənub hissəsində batıb.

SEPAH həmçinin gəmiçilik şirkətlərinin rəhbərlərinə, tanker sahiblərinə və onların heyətlərinə Hörmüz boğazında qadağan olunmuş zonadan istifadə etməmək barədə xəbərdarlıq edib və qayda pozanların da minalarla partladılma riski daşıdığını bildirib. SEPAH dəfələrlə Oman yaxınlığındakı Hörmüz boğazının cənubundan keçən gəmiçilik marşrutundan istifadənin təhlükələri barədə xəbərdarlıq edib və boğazın İranın Silahlı Qüvvələrinin tam müşahidəsi və nəzarəti altında qaldığını vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az