logo
logo logo
logo

Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir

23:33 - 22 Noyabr 2026

Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında münaqişənin nizamlanmasına dair razılaşma əldə olunmayacağı təqdirdə, Yeni ildən sonra İrana zərbələrin bərpasına meyllidir.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Fox News telekanalının müxbiri Trey Yinqst ABŞ lideri ilə müsahibəsinin nəticələrinə əsasən məlumat verib.

"Prezident bildirib ki, razılaşma əldə olunmasa, Yeni ildən sonra İrana zərbələrin bərpasına meyllidir", – jurnalist efirdə deyib.

Bununla yanaşı, Tramp ABŞ və İran arasında sülh yolu ilə nizamlanmaya dair dolayı danışıqların davam etdiyini təsdiqləyib.

Yinqstin sözlərinə görə, Vaşinqtonla Tehran arasında mesajların ötürülməsində vasitəçi qismində Qətər çıxış edir. Məqsəd münaqişənin danışıqlar yolu ilə həllinin mümkün olub-olmadığını müəyyənləşdirməkdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az