logo
logo logo
logo

Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı 

09:51 - 23 Noyabr 2026

Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı 

Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesablarında ölkəsinin yeni Konstitusiyasının layihəsini paylaşıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Paşinyan paylaşımında sözügedən layihə üçün xüsusi yaradılmış saytın linkini yerləşdirib.

“Əziz xalqım! Ermənistanın yeni Konstitusiyasının layihəsini bunun üçün xüsusi yaradılmış saytda təqdim etməkdən məmnunam. Sayt hər bir vətəndaşın yeni Konstitusiya layihəsini oxumasını və təkliflər irəli sürməsini mümkün qədər rahat etmək üçün yaradılıb”, - o bildirib.

Ermənistan hökumət başçısı həmçinin yaxın dəqiqələrdə xalqa müraciət edəcəyini deyib.

“Saat 10:00-da canlı yayımda müraciətlə çıxış edəcəyəm. Bu sənin Konstitusiyandır”, - deyə Paşinyan yazıb.

“Sputnik Ermənistan”ın məlumatına görə, layihədə 1990-cı ildə qəbul edilən Müstəqillik Bəyannaməsinə istinad yer almayıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az