Bayden bir daha bəyan etdi: Rusiya gələn ay Ukraynanı işğal edə bilər

19:10 - 28 Yanvar 2022

Bayden bir daha bəyan etdi: Rusiya gələn ay Ukraynanı işğal edə bilər

ABŞ prezidenti Co Bayden Rusiyanın fevralda Ukraynanı işğal edə biləcəyi ilə bağlı prezident Vladimir Zelenskini də xəbərdar edib.

Manşet.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Hornun sözlərinə görə,  ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı zamanı onu xəbərdar edib. 

“Rusiyanın gələn ay Ukraynanı işğal edə biləcəyi açıq bir ehtimal var. Prezident bunu açıq şəkildə bildirib və biz aylardır bu barədə xəbərdarlıq edirik”, - Horn qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az