“Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu sevgilisi Corciniya Rodrigesin ad gününü xüsusi təntənə ilə qeyd edib.
Manşet.az xəbər verir ki, ulduz futbolçu 28 yaşı tamam olan Corciniya Rodrigesi Dubaydakı “Bürc-Xəlifə” tikilisində təbrik etmək qərarına gəlib.
Belə ki, K. Ronaldu “Bürc-Xəlifə”də sevgilisinin əksini işıqlandırıb.
“Söz tapmaqda acizəm. Sağ ol, təşəkkür edirəm və bir daha təşəkkür edirəm, Kriştianu. Sən məni hər gün daha da xoşbəxt edirsən”, - supermodel öz sosial şəbəkə hesabında yazıb.