ABŞ-da minlərlə aviareys təxirə salındı

20:58 - 29 Yanvar 2022

ABŞ-da minlərlə aviareys təxirə salındı

ABŞ-da yağan güclü qar və külək səbəbindən Nyu-Yorkda 1400-dən çox sərnişin reysi təxirə salınıb.

Manşet.az xəbər verir ki, Con Kennedi hava limanı 877 reysin - planlaşdırılmış uçuşların ümumi sayının 76%-nin ləğvi barədə məlumat verib.

La-Guardia Hava Limanı isə işini tamamilə dayandırıb və 556 uçuşu ləğv edib. Ümumilikdə isə ABŞ-da 3500-dən çox təyyarə reysi ləğv olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az