Bolqarıstan koronavirus tədbirləri çərçivəsində Türkiyə də daxil olmaqla, qırmızı siyahıdakı ölkələrdən gələn sərnişinlərlə bağlı dəyişiklik edib.
Manşet.az xəbər verir ki, fevralın 1-dən COVİD-19-a qarşı həyata keçirilən giriş tədbirləri yumşaldılacaq. Tərtibata əsasən, etibarlı peyvənd şəhadətnaməsi və ya xəstəliyə aid sənəd, ən çox 72 saat əvvəl edilən PCR testinin mənfi olması və ya ən çox 48 saat əvvəl mənfi sürətli antigen testi nəticəsi tələb olunacaq. Bu sənədlərdən ən azı biri ölkəyə daxil olmaq üçün kifayət edəcək.
Yeni sirkulyarda peyvənd şəhadətnaməsi tarixinin etibarlılıq müddəti son peyvənddən 270 günə kimi müəyyən edilib.
(Axar.az)