Rusiyada bir evdən dörd uşaq yanaraq həlak oldu

21:19 - 29 Yanvar 2022

Rusiyada bir evdən dörd uşaq yanaraq həlak oldu

Arxangelsk vilayətinin Plesetsk kəndində baş vermiş yanğın söndürülərkən beş nəfərin cəsədi tapılıb. Qurbanlardan dördü uşaqdı.

Manşet.az xəbər verr ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsindən bildirilib.

Mətbuat xidmətinin məlumatına görə, yanğın 12 mənzilli taxta konstruksiyalı ikimərtəbəli evdə baş verib. 37 yaşlı qadın və onun 3-12 yaşlı dörd övladı həlak olub. Evin qalan sakinləri xəsarət almayıb.

Yanğının ehtimal olunan səbəbi elektrik sobasının nasazlığıdır.

Baş verənlərlə əlaqədar istintaqa başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az