Boliviyada sərnişin avtobusu qəzaya uğradı - 11 nəfər ölüb, yaralılar var

09:18 - 30 Yanvar 2022

Boliviyada sərnişin avtobusu qəzaya uğradı - 11 nəfər ölüb, yaralılar var

Boliviyanın Koçabamba departamentində sərnişin avtobusunun dağ yolundan aşması nəticəsində 11 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Bu barədə Manset.az  “Correo del Sur” nəşrinə istinadən xəbər verir.

"Boliviya polisinin ilkin məlumatına görə, qəza saat 3:00 radələrində baş verib, nəticədə 11 nəfər ölüb, 7 nəfər yaralanıb", - nəşr yazır.

“Kami 16 iyul” Həmkarlar İttifaqına məxsus avtobus “Kami” dağ filizi şirkətinin işçilərini daşıyarkən dağın yamacına aşıb. KİV-in məlumatına görə, sərnişinlər arasında şirkət rəhbərləri də olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az