Türkiyə Silahlı Qüvvələri 172 terrorçunu zərərsizləşdirdi

15:14 - 30 Yanvar 2022

Türkiyə Silahlı Qüvvələri 172 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri bu ilin yanvarın 1-dən 172 terrorçunu zərərsizləşdirib.

Manset.az  "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Onlardan 25-i İraqın şimalında, 147-si isə Suriyanın şimalında məhv edilib.

Bu müddət ərzində Türkiyə Hərbi Hava Qüvvələri qırıcı və hücum PUA-larından istifadə etməklə 25 əməliyyat keçirib və çoxlu sayda terrorçu hədəfi vurulub.

2021-ci ildə isə 397 əməliyyat təşkil edilib, nəticədə 2883 terrorçu zərərsizləşdirilib.

Türkiyə Silahlı Qüvvələri çətin coğrafi və iqlim şəraitində terrora qarşı qətiyyətli mübarizəsini davam etdirir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az