Ermənistanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Arman Tatoyan qadınların Silahlı Qüvvələrdə xidmət etməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət edəcək.
Manşet.az ölkə.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrində qadın zabitlərin sayı az olaraq qalır və ailə həyatı quran qadınlar üçün staj təminatı yoxdur.
"İş stajı hesablanarkən (hərbi rütbələrin verilməsi üçün) Ermənistan qanunvericiliyində valideynlik məzuniyyəti nəzərdə tutulmur. Bundan əlavə, üç yaşına qədər uşağa qulluq etmək üçün məzuniyyət ala bilən, lakin bu hüquqdan istifadə edərək xidmətini davam etdirməyən qadınlar üçün heç bir stimul yoxdur.
Digər tərəfdən hamilə qadın hərbçilər üçün xüsusi geyim forması da yoxdur. Qadınların qəbul oluna biləcəyi hərbi ixtisasları sadalayan qanunvericilik aktları yoxdur.
Bu təkliflər parlamentə, eləcə də Müdafiə Nazirliyinə göndəriləcək", - erməni Ombudsman deyib.