Rusiya Ukrayna ətrafında vəziyyətin mənfi inkişafından qaçmaq istəyir. Bunun üçün bütün tərəflərin maraqlarını nəzərə almaq lazımdır.
Manset.az xəbər verir ki, APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“Bütün bu çoxsaylı məsələlərə dərindən, ciddi şəkildə nəzər salsaq, aydın olar ki, vəziyyətin belə neqativ inkişafından qaçmağı arzulayırıq. Biz bundan qaçmaq istəyirik. Bütün ölkələrin, o cümlədən Rusiyanın maraqları doğrudan nəzərə alınmalıdır və bu problemin həlli yolları tapılmalıdır”, - deyə Putin vurğulayıb.