Yanındakı gənc qızın kim olduğunu öyrənən Ərdoğan təəccübləndi: "Ciddisən?" - VİDEO

18:32 - 02 Fevral 2022

Yanındakı gənc qızın kim olduğunu öyrənən Ərdoğan təəccübləndi: \"Ciddisən?\" - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Trabzonda gənclərlə görüşündə terrorçular tərəfindən şəhid edilən Eren Bülbülün xatirəsinə çəkilən filmlə bağlı sual verilib. 

Manşet.az xəbər verir ki, filmi və aktyorluğu bəyəndiyini açıqlayan Ərdoğan daha sonra gənclərə üz tutub. Türkiyə Prezidenti bu zaman yanında əyləşən gənc qızdan “Eren Bülbül filminə baxdınızmı, necə idi?” deyə soruşub.

Prezident Ərdoğan gənc qızın “Kəsişmə: Yaxşı ki varsan Ərən” filminin musiqisini bəstələyən Ceren Ece Öksüz olduğunu söylədikdə heyrətini gizlədə bilməyib. Ərdoğan ondan “Ciddisən?”- deyə soruşub.

“Musiqini çox bəyəndim, sizi mükafatlandırmaq lazımdır”- Ərdoğan bildirib.

Türkiyə Prezidenti daha sonra Öksüzün canlı ifasını dinləyib. 

Fidan


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az