Ermənistanla Türkiyə arasında birbaşa uçuşlar bərpa edildi

19:19 - 02 Fevral 2022

Ermənistanla Türkiyə arasında birbaşa uçuşlar bərpa edildi

Ermənistanla Türkiyə arasında iki illik fasilədən sonra ilk dəfə olaraq birbaşa uçuşlar bərpa edilib.

Manşet.az  bu barədə "Sputnik Armeniya"ya istinadən xəbər verir.

İrəvan-İstanbul-İrəvan marşrutu üzrə ilk uçuşu Ermənistanın "Fly One Armenia” aviadaşıyıcısı həyata keçirib.
Təyyarənin göyərtəsində 65 sərnişin olub.

İlkin mərhələdə İrəvandan İstanbula uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. Gələcəkdə uçuşlar çərşənbə günləri də həyata keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az