Bayden və Makron arasında telefon danışığı oldu

08:45 - 03 Fevral 2022

Bayden və Makron arasında telefon danışığı oldu

ABŞ-ın Prezidenti Cozef Bayden və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Manset.az xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı prezidentlər Rusiyanın Ukrayna ilə sərhəddə güclənməsini müzakirə ediblər. Bundan başqa, tərəflər Rusiya ilə diplomatik təmasların koordinasiyası, həmçinin potensial sanksiyalar məsələləri ətrafında fikir mübadiləsi aparıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az