Bu ölkədə 17 nəfər kokaindən zəhərlənərək öldü

08:00 - 03 Fevral 2022

Bu ölkədə 17 nəfər kokaindən zəhərlənərək öldü

Argentinanın paytaxtı Buenos-Ayresin yaxınlığında kokain zəhərlənməsi nəticəsində azı 17 nəfər ölüb, 56 nəfər xəstəxanaya yerləşdirilib.

Manset.az xəbər verir ki, bu barədə “Todo Noticias” telekanalı məlumat yayıb.

Buenos-Ayres əyalətinin Səhiyyə Nazirliyi son 24 saat ərzində kokain zəhərlənməsi hallarının qeydə alındığı bələdiyyələrdəki səhiyyə ocaqlarına təlimatlarla xəbərdarlıq edib.

Telekanalın məlumatına görə, xəstəxana zərərçəkənləri qəbul etməkdə davam edir.

Hadisə ilə bağlı 10 nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az