Bu gün imzaladığımız müqavilə Bayraktar PUA-larının istehsalını təkmilləşdirəcək.
Manşet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Eyni zamanda, biz enerji sektorunda qarşılıqlı əlaqələrimizə yeni təkan vermək istəyirik. Koronavirusla əlaqədar görülən tədbirlərə baxmayaraq, 1 ildə Ukraynaya 2 milyon türk turist gəlib", - Zelenski əlavə edib.