Türkiyədə turistləri daşıyan mikroavtobus aşdı - 25 yaralı var

22:12 - 03 Fevral 2022

Türkiyədə turistləri daşıyan mikroavtobus aşdı - 25 yaralı var

Türkiyənin Ərzurum vilayətinin Palandöken xizək mərkəzi bölgəsində turistləri daşıyan mikroavtobus aşıb.

Manşet.az TRT-yə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, qəzada 25 nəfər yaralanıb.

Qəza mikroavtobus bir hotelin müştərilərini hava limanına apararkən baş verib.

Hadisə yerinə çox sayda xilasedici, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar bölgədəki xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az