Türkiyənin Sivas bölgəsinin Suşehri rayonunun sakinləri ayaqüstə donaraq ölmüş canavar cəsədini aşkar ediblər.
Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, bədənində heç bir xəsarət izi olmayan canavarın yemək axtararkən havanın soyuq olması nəticəsində donaraq öldüyü istisna edilmir.
Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlara məlumat verilib.