Bu gün Saakaşvilinin məhkəməsi olacaq

10:31 - 04 Fevral 2022

Bu gün Saakaşvilinin məhkəməsi olacaq

Bu gün Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçiriləcək.

Manset.az “İnterpressnews”a istinadən xəbər verir ki, məhkəmə Tbilisi Şəhər Məhkəməsində saat 11:00-a təyin olunub.

Proses Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə olacaq.

Saakaşvilinin məhkəmədə iştirak edəcəyi gözlənilir.

Bununla yanaşı, məhkəmənin həyətində eks-Prezidentə dəstək aksiyasının keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, M.Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçməsi ilə bağlı araşdırma ötən il oktyabrın 1-i başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az