Avstriyada qar uçqunu - ölənlər var

22:56 - 04 Fevral 2022

Avstriyada qar uçqunu - ölənlər var

Avstriyada Tirol şəhəri yaxınlığında qar uçqunu nəticəsində beş nəfər ölüb.

Manşet.az xəbər verir ki, bu barədə yerli "Krona" qəzeti məlumat yayıb.

İlkin məlumata görə, yerli təlimatçı ilə İsveçdən olan bir qrup xizəkçi dağıntılar altında qalıb.

Hadisə yerinə qonşu İsveçrədən iki helikopter, həmçinin Avstriya təcili yardım xidmətinin helikopterləri göndərilib.

Dörd xizəkçi ölü tapılıb, beşincisi isə xəstəxanada vəfat edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az