Yeməyinə mayonez tökdüyü üçün dostunu öldürdü - FOTO

17:06 - 05 Fevral 2022

Yeməyinə mayonez tökdüyü üçün dostunu öldürdü - FOTO

ABŞ-da Pisqa qəsəbəsində barda əylənən iki dost arasında mübahisə ölümlə nəticələnib.

Manşet.az xəbər verir ki, 29 yaşlı Kristofer Erlbaher və 30 yaşlı Kaleb Solberq barda spirtli içki qəbul edib. Bir az sonra Solberq dostunun yeməyinə mayonez töküb.

Əsəbləşən Kristofer Solberqlə mübahisə etməyə başlayıb. Əvvəlcə sakitləşərək ayrılan dostlar daha sonra yenidən əsəbləşərək bir-birlərini təhdid ediblər.

Daha sonra pikapı ilə Solberqin evinə gedən Kristofer dostunu maşını ilə əzərək öldürüb.

Hadisədən sonra Solberqin ilk zərbədə ölmədiyi və Erlbaherin onu öldürmək üçün nöbəti dəfə hərəkət etdiyi müəyyən edilib. Qətldə şübhəli bilinən şəxs ömürlük həbs cəzasına məhkum edilib


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az