Türkiyədə sərnişin avtobusu aşdı - Xəsarət alanlar var

12:45 - 06 Fevral 2022

Türkiyədə sərnişin avtobusu aşdı - Xəsarət alanlar var

Türkiyənin Sivas şəhərində sərnişin avtobusu aşıb.

Manset.az "Haber Global"a istinadən xəbər verir ki, Ankaradan Van istiqamətinə hərəkət edən sərnişin avtobusu Kayseri-Malatya magistral yolunun Sivasın Gürün rayonu hissəsində idarəetməni itirib.

Hadisə nəticəsində avtobusda olan 39 nəfərdən 11-i xəsarət alıb. Yaralılar təcili yardım maşınları ilə Gürün Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az