Almatıda fevralın 7-dən yüksək səviyyəli terror təhlükəsi ləğv edilir

15:47 - 06 Fevral 2022

Almatıda fevralın 7-dən yüksək səviyyəli terror təhlükəsi ləğv edilir

Qazaxıstanın Almatı şəhərində vəziyyətin sabitləşməsi ilə əlaqədar fevralın 7-dən terror təhlükəsinin yüksək narıncı səviyyəsi ləğv ediləcək.

Manset.az  TASS-a istinadən xəbər verir ki, bu barədə əməliyyat qərargahı məlumat yayıb.

Qərargah rəisinin verdiyi qərara əsasən, yüksək narıncı səviyyənin olduğu ərazidə aksiyalar ləğv edilib.

Eyni zamanda, xüsusi və hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində fəaliyyətinə davam edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az