Ukraynada baş prokurorun köməkçisi döyüldü

20:54 - 07 Fevral 2022

Ukraynada baş prokurorun köməkçisi döyüldü

Kiyevdə Ukrayna baş prokurorunun köməkçisinə hücum edilib.

Manşet.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti məlumat yayıb.

Hadisə bazar ertəsi Tverskaya küçəsində baş verib. Baş prokurorun köməkçisi naməlum şəxslər tərəfindən hücuma məruz qalıb və döyülüb. Hadisədən sonra 49 yaşlı zərərçəkən şəhər xəstəxanalarından birinə yerləşdirilib.

"İlkin məlumatlara görə, dörd nəfər naməlum şəxs zərərçəkmişə - baş prokurorun köməkçisinə küçədə yaxınlaşaraq, onu döyüb və hadisə yerindən qaçıb. 49 yaşlı zərərçəkmiş xəstəxanaya yerləşdirilib", - məlumatda deyilir. 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları basqın edənlərin kimliyini müəyyən etməyə çalışır. 
Zərərçəkənin kimliyi açıqlanmasa da, “Ukrinform” agentliyinin məlumatına görə, bu, Zurab Adeişvilidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az