"Axı Ermənistan, ermənilər kimin nəyinə lazımdır?" - Lukaşenko

23:31 - 07 Fevral 2022

\"Axı Ermənistan, ermənilər kimin nəyinə lazımdır?\" - Lukaşenko

"Rusiya Federasiyası və Belarusun İttifaq Dövlətinə sabiq sovet respublikalarının əksəriyyəti birləşə bilər".

Manşet.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın "Rossiya" telekanalının aparıcısı, telejurnalist Vladimir Solovyova verdiyi müsahibəsində belə deyib.

"Belarus artıq bu İttifaqdadır. Düşünürəm ki, Qazaxıstana da yaxşı dərs oldu. Əgər siz 15 illik müddətdən danışırsınızsa, əminəm ki, səhv etməsək Ukrayna da orada olacaq. Ermənistanınsa çıxış yorlu yoxdur. Axı Ermənistan, ermənilər kimin nəyinə lazımdır?! Onlar bunu gördülər. Azərbaycan bu sıradan kənardadır, çünki biz də çox səhvlər etmişik. Ayrı söhbətdir. Təbii, Azərbaycanı Türkiyə çox ciddi şəkildə dəstəkləyir. Türkmənistan, Özbəkistan və Tacikistan isə, düşünürəm ki, ilk əvvəl iqtisadi zərurətlərə görə qatılacaqlar", - Belarus prezidenti deyib.

Onun sözlərinə görə, gələcək İttifaq dövlətində vahid valyuta olacaq: "Bu, müstəqil dövlətlərin birliyi olacaq. Yox, müstəqil yox - suveren. Müstəqillik nisbi anlayışdır. Axı bütün nefti və qazı Rusiyadan alıramsa, necə müstəqil ola bilərəm?!"
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az