Türkiyənin yerli peyvəndi TURKOVAC-la vaksinasiyaya bütün ölkəboyu başlanılıb.
Manşet.az xəbər verir ki, bununla bağlı səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
"TURKOVAC-ın olmadığı yer qalmadı. Peyvənd olunmayan qalmasın. Şəhər xəstəxanaları, təhsil və təcrübə xəstəxanaları başda olmaqla 81 şəhərimizdəyik", - deyə F.Qoca bildirib.