İstanbulda partlayış, 4 nəfər öldü - VİDEO

23:51 - 11 Fevral 2022

İstanbulda partlayış, 4 nəfər öldü - VİDEO

İstanbulda yerləşən bir sexdə baş verən yanğın zamanı dörd işçi qatı dumandan zəhərlənərək ölüb.

Manşet.az xəbər verir ki, bu barədə İstanbul Valiliyi açıqlama yayıb.

Bildirilib ki, hadisə şəhərin Güngören rayonunda baş verib.

Ölən işçilərin xarici ölkə vətəndaşları olduğu bildirilir. Onların cəsədləri yanğından qorunmaq üçün saxlandıqları yerdə aşkarlanıb.

Qeyd edək ki, yanğın baş verən binada tekstil materialları istehsal edilirdi. Hadisə zamanı müxtəlif xəsarətlər alan daha altı işçi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı istintaq aparılır.

 


 Bizi Tw


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az