ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışmaq istəyir. Lakin hazırda konkret tarix söyləmək mümkün deyil.
Manşet.az xəbər verir ki, APA-nın xəbərinə görə, bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan mətbuat konfransında deyib.
“Gözləyirik ki, Prezident Bayden Putinlə telefonla danışacaq. Lakin sizə bu dəqiqə heç nə deyə bilmıəyəcəm”, - deyə Sallivan qeyd edib.