Türkmənistanda növbədənkənar prezident seçkiləri keçiriləcək

13:34 - 12 Fevral 2022

Türkmənistanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Türkmənistanda növbədənkənar prezident seçkiləri bu il martın 12-də keçiriləcək.

 

Manset.az xəbər verir ki, bu barədə Türkmənistan Mərkəzi Seçki Komissiyası sədrinin köməkçisi Bezirgen Karayev bildirib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov parlamentin yuxarı palatasının (Xalk Maslaxatı) növbədənkənar iclasında bir gün əvvəl bildirib ki, gənc liderlərin idarəçiliyinə şərait yaratmaq lazımdır.

Türkmənistan mətbuatının məlumatına görə, bununla əlaqədar Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyanın sədrinə Türkmənistan Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq müvafiq işə başlamaq tapşırılıb.

Qeyd edilir ki, Türkmənistan prezidentinin tapşırığına uyğun olaraq, ölkənin Mərkəzi Seçki Komissiyası martın 12-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlığa başlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az