Bu ölkə Rusiya gəmilərinə liman verməyəcək

13:44 - 02 Mart 2022

Bu ölkə Rusiya gəmilərinə liman verməyəcək

Kanada öz daxili sularını və limanlarını Rusiyaya məxsus olan və ya Rusiyada qeydiyyata alınmış gəmilər üçün bağlayıb.

 

Manset.az Kanada KİV-lərinə istinadla xəbər verir ki, nəqliyyat naziri Omar Alqabranın sözlərinə görə, Kanada Rusiya qoşunlarının Ukraynaya müdaxiləsi ilə əlaqədar müvafiq tədbirləri davam etdirəcək.

Omar Alqabra öz “Tvitter” səhifəsində yazıb: “Bu gün biz Kanada sularının və limanlarının Rusiyaya məxsus olan və Rusiyada qeydiyyata alınmış gəmilər üçün bağlanması ilə əlaqədar tədbirlər görürük. Biz Ukraynanı dəstəkləməkdə davam edəcəyik”. Onun sözlərinə görə, Kanadanın sularına və limanlarına daxil olan Rusiya gəmilərinin sayı az olsa da, bu tədbir öz təsirini göstərəcək.

Bundan əvvəl Kanada Rusiyanın təcrid edilməsinə yönəlmiş bir sıra tədbirlər görüləcəyini elan edib. Kanadanın təbii ehtiyatlar naziri dünənki çıxışında bildirib ki, Ottava Rusiyadan xam neft, neft emalı məhsulları və başqa neft məhsulları idxalına qadağa qoyub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az