ATƏT-in əməkdaşı Ukraynada həlak oldu

09:25 - 03 Mart 2022

ATƏT-in əməkdaşı Ukraynada həlak oldu

Xarkovun atəşə tutulması nəticəsində ATƏT üzvü həlak olub.

 

Manset.az xəbər verir ki, bu barədə ATƏT-in məlumatında bildirilib.

Qeyd olunub ki, martın 1-də Xarkovun atəşə tutulması nəticəsində həlak olan Marna Fenina ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyasının üzvü olub.
Onun ailəsinə tədarük apararkən öldürüldüyü bildirilib.

“Bizim Ukraynadakı həmkarlarımız dəstək məqsədi ilə onun ailəsi ilə yaxın əlaqədə qalırlar”, - deyə ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və Baş katib Maria Helqa Şmidin bəyanatında bildirib. (Lent.az)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az