Ukrayna-Rusiya danışıqları başlayıb.
Manşet.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
Xatirladaq ki, danışıqlar Belarusun Brest vilayətində keçirilir.
xxx
Ukrayna nümayəndə heyəti Belarusda Rusiya ilə danışıqların keçiriləcəyi Belovej meşəsinə çatıb.
Manşet.az xəbər verir ki, Ukrayna nümayəndə heyəti əraziyə helikopterlə gəlib.
Ukrayna nümayəndə heyəti Rusiya tərəfi ilə danışıqlar üçün yola düşüb.
xxx
Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlarda iştirak etmək üçün yola düşüb.
Manşet.az xəbər verir ki, Prezident Vladimir Zelenskinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak nümayənə heyətinin görüntülərini paylaşıb.
“Rusiya ilə danışıqlara gedirik. Artıq helikopterdəyik”, - Podolyak bildirib.