Ukrayna ordusu: Belarus hərbçiləri Ukraynaya hücum əmri aldı

23:38 - 03 Mart 2022

Ukrayna ordusu: Belarus hərbçiləri Ukraynaya hücum əmri aldı

Ukrayna-Belarus sərhədinin meşəlik ərazisinə Belarusun Silahlı Qüvvələrinin 38-ci ayrı-ayrı hava hücumu briqadası yerləşdirilib.

Manşet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Mövcud məlumata görə, hərbi hissənin komandanlığı Ukrayna ilə sərhədi keçmək barədə əmr alıb. Desantların mənəvi-psixoloji durumu son dərəcə aşağıdır. Zabit və əsgərlər rus muzdluları rolunu oynamaq istəmirlər. Müqavilə müddəti may ayında başa çatan hərbçilərin əksəriyyəti müqavilələrinə xitam verilməsinin tərəfdarı idi”, - hesabatda deyilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az