Bu ölkədə Rusiya səfirliyinin yerləşdiyi küçəyə Ukrayna Qəhrəmanları adı veriləcək

23:45 - 03 Mart 2022

Bu ölkədə Rusiya səfirliyinin yerləşdiyi küçəyə Ukrayna Qəhrəmanları adı veriləcək

Vilnüs meri Remigius Şimaşius Rusiyanın Litvadakı səfirliyinin yerləşdiyi küçənin adının dəyişdirilərək Ukrayna Qəhrəmanları küçəsi olacağını açıqlayıb.

Manşet.az xəbər verir ki, “Rusiya Səfirliyi, vizit kartlarınızı dəyişin: Ukrayna Qəhrəmanları küçəsi, 2. Bundan sonra Rusiya səfirliyinin hər bir əməkdaşının vizit kartında Ukrayna qəhrəmanları şərəflə anılacaq. Biz razılaşdıq ki, bundan sonra Latvyu küçəsindən səfirliyə aparan adsız küçə Ukrayna Qəhrəmanları küçəsi adlandırılacaq. Yaxın vaxtlarda rəsmi məsələləri həll edəcəyik”, - Şimaşius “Facebook” səhifəsində yazıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az