Ukraynanın Nikolayev vilayətinin Voznesensk şəhərində bir neçə rusiyalı hərbçi girov götürülüb.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər naziri Anton Qeraşenko Teleqram kanalında yazıb.
Nazir əsirlərin videosunu paylaşıb və görüntülərdə onlardan biri necə yaxalanmalarından danışır:
“Biz dar küçə ilə gedirdik. Geriyə dönmək mümkün deyildi. Kəşfiyyatımızın burada işlədiyini bilmirəm, sadəcə ət üçün gedirdik”.