"Müharibə tezliklə başa çatmayacaq - Lavrov

09:50 - 04 Mart 2022

\"Müharibə tezliklə başa çatmayacaq - Lavrov

Kiyevə beynəlxalq dəstək artır, Zelenski xalqa müraciətində ukraynalıların göstərdiyi dözümlülüyü Rusiyanı taktikanı dəyişməyə məcbur etdiyini bildirib

 

Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatlardan artıq 9 gün keçir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Rusiya danışıqlara hazırdır, amma Ukraynadakı hərbi əməliyyatı davam etdirmək niyyətindədir”, deməsi artıq şübhə yeri qoymadı ki, müharibə tezliklə başa çatmayacaq. Lavrov deyib ki, hazırda hərbi əməliyyat aparılır. “Əməliyyatın məqsədləri dəqiq müəyyən edilib. Bunlar Ukraynanın demilitarizasiyası, denasifikasiyası və Ukraynanın NATO-ya qoşulmayacağı ilə bağlı zəmanətin verilməsidir”, - Rusiya XİN başçısı bildirib.

Ancaq Kiyev mövqeyində israrlıdır və geri dönüşün olmayacağını dəfələrlə bəyan edib. Deməli, danışıqların ikinci raundu da yüksək nəticəyə aparmayacaq.

Ukrayna ordusunun Baş Qərargahı martın 3-ü səhər saatlarında Rusiya ordusunun itkilərini açıqlayıb. İlkin məlumatlara görə, Rusiya ordusunun itkiləri: 9 min əsgər, 217 tank, 90 artilleriya sistemi, 42 reaktiv yaylım atəş sistemi, 11 hava hücumundan müdafiə sistemi, 30 təyyarə, 31 helikopter, 374 ədəd avtomobil texnikası, 2 sürətli qayıq, 3 pilotsuz uçuş aparatı.

Birləşmiş Qüvvələrin hava hücumundan müdafiə bölməsi Donetsk vilayətinin Volnovaxa yaşayış məntəqəsinin yaxınlığında Rusiyanın "Su-34" qırıcı-bombardmançı təyyarəsini vurub. Bu barədə Birləşmiş Qüvvələrin Əməliyyat Qərargahının mətbuat mərkəzi məlumat yayıb. Məlumatda qeyd olunur ki, bu təyyarənin pilotları şəhərin mülki əhalisini və infrastrukturunu vəhşicəsinə bombardman ediblər.

Rusiya desant gəmilərinin Odessaya doğru irəlilədiyi barədə də xəbər yayılıb. Qeyd olunur ki, Rusiya gəmiləri raket katerlərinin müşayiəti ilə Odessaya doğru gedir. Bu barədə Ukrayna Müdafiə Nazirliyi bildirir.

“Qara dənizin sularında Rusiya Federasiyası Qara Dəniz Donanmasının dörd böyük desant gəmisindən ibarət amfibiya dəstəsinin üç raket katerinin müşayiəti ilə Odessa istiqamətində hərəkəti müşahidə olunur”, - “Ukrayinska Pravda” Müdafiə Nazirliyinin məlumatından sitat gətirir. Müdafiə Nazirliyi onu da xatırladıb ki, martın 2-də Ukrayna Silahlı Qüvvələrinin zenit-raket bölmələri Rusiyaya məxsus 3 təyyarə və iki helikopteri məhv edib.

Ukrayna Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələri 41-ci ordu komandanının müavini, 7-ci desant diviziyasının keçmiş komandanı general-mayor Andrey Suxovetskini öldürüb. Musavat.com xəbər verir ki, məlumatı “24tv.ua ttp://24tv.ua/” saytı yayıb.

Oxu.az - Aleksey Arestoviç: “Biz əks-hücum əməliyyatına keçirik” - MÜSAHİBƏ

Ukrayna Silahlı Qüvvələri Xarkov ətrafında gedən döyüşlərdə Rusiya ordusunun elit bölmələrini darmadağın edib və əsir alıblar. Bu barədə Ukrayna prezidenti Ofisinin müşaviri Aleksey Arestoviç keçirdiyi brifinqdə bildirib. “Xarkov ətrafında Rusiya ordusunun elit bölmələri darmadağın edilib və əsir alınıb. Bunlar 1-ci tank ordusunun-Tamansk diviziyasının, Kantemirsk diviziyasının və digərlərinin bölmələridir”, - o deyib.

 Rus ordusu Sumıya raket zərbəsi endirib. Bu barədə Sumı rayon İdarəsinin rəisi Dmitro Jivitski bəyan edib. O, həmçinin, yaralı 5 nəfərin xəstəxanaya yerləşdirildiyini də bildirib. Məlumata görə, Ukrayna ordusu rusları sərhədədək sıxışdırmağa nail olublar.  Ukrayna mətbuatı xəbər verir ki, Buça şəhəri (Ukraynanın Kiyev bölgəsində yerləşir) Rusiya qoşunlarından tam azad edilib.

Buçada, Şəhər Şurasının binası yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Ukrayna bayrağını qaldırıblar.

Ukrayna Devlet Başkanı Vladimir Zelenski: Yalnız bırakıldık

Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciətində ukraynalıların göstərdiyi dözümlülüyü Rusiyanı taktikanı dəyişməyə məcbur etdiyini bildirib. “Rusiyanın Ukrayna şəhərlərinə raket zərbələri bizim torpaqlarımızda əhəmiyyətli heç nə edə bilmədiklərinin etirafıdır. Müdafiəmizin bütün xətləri qorunub saxlanılıb. Düşmən heç bir strateji istiqamətdə uğur qazana bilmir”, - Zelenski bildirib. Ukrayna prezidenti Rusiya rəhbərliyinə müraciət edərək bildirib ki, Ukrayna işğalçı qüvvələrin dağıdıcı hərəkətlərinə görə maddi ziyanı ödəməyi tələb edir. “Biz hər evi, hər küçəni, hər şəhəri bərpa edəcəyik. Rusiyaya isə deyirik: ”Reparasiya" və “təzminat” sözlərini öyrənin. Dövlətimizə, hər bir ukraynalıya qarşı etdiyiniz hər şeyin əvəzini bizə verəcəksiniz. Tam şəkildə", - Zelenski bildirib.

Ukrayna prezidenti onu da bildirib ki, 16 min əcnəbi könüllülərin bir hissəsi artıq Rusiyaya qarşı mübarizəyə kömək etmək üçün Ukraynaya göndərilib. Eyni zamanda o əlavə edib ki, Ukrayna hər gün tərəfdaşlarından silah alır.

Kiyev yaxınlığında da gərgin döyüşlər davam edib. Bildirilir ki, Ukrayna qoşunları düşməni Rusiyaya doğru sıxışdırır. Bu barədə UNIAN-a Milli Qvardiyanın çevik reaksiya briqadasının mətbuat katibi Xariton Starski bildirib.

“İlkin məlumatlara görə, gecə saatlarında hava hücumundan müdafiə qüvvələri Kiyevə atılan 2 raketi vurub.

Rusiyanın itkiləri isə durmadan artır. Ukrayna Dəmir Yolları həlak olan Rusiya ordusunun hərbçilərinin cəsədlərinin çıxarılması üçün Silahlı Qüvvələrə soyuducu vaqonlar verib. “Ukrayna Dəmir Yollarına Fastov, Odessa-Zastava, Podolsk, Merefa, Zaporojye stansiyalarından Rusiya ordusunun əsgərlərinin meyitlərini ölkədən çıxarmaq üçün 20 vaqon göndərmək tapşırılıb. Bir soyuducu vaqonun yükgötürmə qabiliyyəti 50 tondur, yəni işğalçı ordusunun 10 min əsgərini götürə bilərik”, - məlumatda deyilir. “Ukrayna Dəmir Yolları” bu cür qatarların digər qatarlardan və yaşayış məntəqələrindən sanitar məsafədə hərəkətin təmin edilməsi üçün qaydalar hazırlayır. Bu vaqonlar yalnız Rusiya hərbçilərinin cəsədlərinin daşınması üçün istifadə olunacaq. Daha əvvəl xəbər verildiyi kimi, bir həftə ərzində Ukraynada gedən döyüşlərdə 9 min Rusiya hərbçisi həlak olub.

Kiyevdə küçə döyüşləri başladı

Ukraynada hərbi əməliyyatların davam etdiyi bir həftə ərzində ölkəni bir milyona yaxın qaçqın tərk edib. Bunu BMT-nin qaçqınların işi üzrə ali komissarı Filippo Qrandi öz “Twitter” səhifəsində yazıb. “Cəmi yeddi gün ərzində biz Ukraynadan bir milyon qaçqının qonşu ölkələrə keçməsinin şahidi olmuşuq. Ukrayna daxilindəki digər milyonlarla şəxsə yardım göstərilməsi üçün isə topların susmasının vaxtıdır”, - BMT nümayəndəsi yazıb.

Bu arada  Rusiya prezidenti Vladimir Putin KTMT-nin sülhməramlı fəaliyyəti haqqında sazişə “əlaqələndirici dövlət” anlayışının tətbiqi ilə bağlı düzəlişləri ratifikasiya üçün Dövlət Dumasına təqdim edib. Minval.az bildirir ki, bu təqdimatın Ukrayna müharibəsi ilə əlaqəli olduğuna şübhə yoxdur və Kreml KTMT ölkələrini də Ukrayna ilə qanlı müharibəyə cəlb edəcək. Bu o deməkdir ki, Paşinyan yenə də öz “zinvorlarını” “Bayraktarların” altına göndərəcək! Xatırladaq ki, hazırda KTMT-nin dönəm sədrliyi Ermənistandadır.

Beynəlxalq birlikdən Ukraynaya dəstək davam edir. ABŞ Nümayəndələr Palatası Ukraynanı dəstəkləyən qətnamə qəbul edib. Martın 4-də NATO xarici işlər nazirlərinin fövqəladə iclası keçiriləcək. Bu barədə NATO baş katibinin mətbuat katibi Oana Luncesku bildirib. İclasa NATO-ya üzv olmayan İsveç və Finlandiya da qatılacaq. Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell də iclasda iştirak edəcək. Almaniya hakimiyyəti isə Ukraynaya 2 700 zenit raketi göndərməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu barədə yerli DPA agentliyi bildirir. Məlumata görə, söhbət keçmiş Şərqi Almaniyanın silahlı qüvvələrinin silahlanmasında yer alan “Strela” sovet zenit raketlərindən gedir. Almaniyanın Müdafiə Nazirliyi artıq bir neçə gündür ki, silah anbarlarında araşdırma aparır, hansı silahların döyüşə yararlı olduğunu yoxlayır. Və daha hansı silahların Ukraynaya göndərilə biləcəyini nəzərdən keçirir. Bundan əvvəl Almaniya Ukraynaya 1 000 “Javelin” tank əleyhinə raketi və 500 daşınan “Stinger” zenit raket kompleksi vermişdi. Ukraynaya İspaniya da silah göndərir.

Kiyevdə küçə döyüşləri BAŞLADI

Göyərtəsində 1 370 qumbaraatan və 700 min patron olan C-130 hərbi nəqliyyat təyyarəsi sabah Polşaya uçacaq, orada silahlar Ukrayna hakimiyyətinin nümayəndələrinə təhvil veriləcək. Bu haqda İspaniyanın müdafiə naziri Marqarita Robles bildirib. Onun sözlərinə görə, ilk təchizat mühümdür. Çünki bu silahlardan böyük döyüş təcrübəsi olmayan adamlar da istifadə edə biləcəklər. “Ən başlıcası isə hamının birliyidir. Ukraynaya hücum edirlər, ukraynalılar özlərini müdafiə edir”, - nazir deyib. Bundan əvvəl Estoniya da Ukraynaya “Javelin” raketlərinin ikinci partiyasını göndərmişdi. Habelə martın 2-də Ukrayna Danimarkadan tank əleyhinə 2 700 ədəd M72 LAW qumbaraatanları alıb.

Müharibənin gedişində 39 dövlət Rusiyanı Beynəlxalq Tribunala verməklə bağlı hərəkətə keçib. Artıq Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində törədilmiş hərbi cinayətləri və insanlıq əleyhinə cinayətləri araşdırmağa başlayıb. Bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın bəyanatında bildirilir. Kərim Xan bəyan edib ki, Ukraynadakı situasiya barədə 39 ölkədən müraciət daxil olub və bu da həmin ölkədə 2013-cü il noyabrın 21-dən etibarən baş verənlərə dair araşdırma başlatmağa imkan yaradıb.

Görünməmiş sanksiya dalğasına tuş gələn Rusiyanı iqtisadi fəlakətin gözlədiyi barədə proqnozlar ciddiləşir. Rusiya iqtisadiyyatı defolta yaxındır və onun gələcəyi perspektivsiz görünür. Bu barədə CNN Business “JPMorgan”ın son analitik hesabatına istinadən xəbər verir.

Qeyd olunur ki, Rusiya fond bazarı bağlı olaraq qalır, rublun dəyəri bir sentdən aşağıdır və Qərb biznesi Rusiyadan qaçır. Bundan sonra Rusiya iqtisadiyyatının defoltu baş verə bilər. “Rusiyaya qarşı sanksiyalar Rusiyanın dövlət sabit valyuta istiqrazları üzrə defolt ehtimalını əhəmiyyətli dərəcədə artırıb”, - “JPMorgan” analitikləri bildirib.

Artıq Rusiyada da etirazlar ölkəboyu yayılmağa başlayır. Rusiya təhlükəsizlik xidmətləri Ukraynaya qarşı silahlı təcavüzə etiraz edənləri saxlayır. “OVD İnfo”nun məlumatına görə, təkcə martın 2-də gün ərzində azı 724 nəfər saxlanılıb. Moskvada azı 195 nəfərin saxlanıldığı bildirilir. Qeyd olunur ki, son 7 gün ərzində Rusiyanın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalarında 7 mindən çox insan saxlanılıb. Ancaq gözlənilən budur ki, minlərlə meyit Rusiya ərazisinə aparıldıqdan sonra etirazlar alovlanacaq...

Elşad PAŞASOY,
“Yeni Müsavat”


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az