Oçakovoda anbarlar yanır, xilasedicilər yanğını söndürməyə başlaya bilmir.
Manset.az xəbər verir ki, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin məlumatına görə, səhər saat 10-da Oçakovo ərazisindəki anbarların yanğını baş verib.
Yanğın sahəsi 500 kv.m.-dir. Yanğınsöndürənlər onu aradan qaldıra bilmirlər - saat 11:45-də mərmi atılması səbəbindən iş dayandırılıb.
Xatırladaq ki, fevralın 26-da Ukrayna Silahlı Qüvvələri düşmən qoşunlarının Oçakovoya yerləşməsinin qarşısını alıb. Düşmənin bütün hücumları uğurla dəf edilib.
Bu gün səhər saatlarında rus hərbi qüvvələrinin Nikolayevə yaxınlaşdıqları məlum olub. Şəhər özünü müdafiə etməyə davam edir.