Peskovdan nümayəndə heyətlərinin görüşünə dair AÇIQLAMA

18:02 - 04 Mart 2022

Peskovdan nümayəndə heyətlərinin görüşünə dair AÇIQLAMA

“Hazırda növbə Rusiya və Ukraynanın nümayəndə heyətləri arasında danışıqlardadır”.

 

Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukrayna Prezidentləri arasında mümkün danışıqlar barədə suala cavab verərkən deyib.

“Bilirsiniz ki, dünən danışıqların ikinci raundu keçirildi. Hazırda növbə bu danışıqlardadı. Nümayəndə heyətlərinin əlavə vasitəçilər olmadan mövqelərin bütün elementlərini bir-birinə aydın şəkildə çatdırmaq imkanı var. Bizim mövqeyimizin elementləri Ukrayna tərəfinin diqqətinə çatdırılıb”, - deyə Peskov deyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az